“Milli dirçəlişdən Milli tərəqqiyə gedən yol” adlı elmi-praktik konfrans

ADPU-nun Şamaxı filialının kollektivi İsmayıllı Rayon Mədəniyyət İdarəsi və Şamaxı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə “Milli dirçəlişdən Milli tərəqqiyə gedən yol” adlı elmi-praktik konfransda iştirak edib.
Konfransda ADPU-nun Şamaxı filialı üzrə Tərbiyə işləri üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova, Pedaqoji fakültə dekanı, baş müəllim Qahirə Şahbazova, dosent, t.ü.f.d. Zərifə Cavadova və tələbələr iştirak edirdilər.
İlk olaraq konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək ehtiramlarını bildirdilər. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin fondunda qorunub saxlanılan eksponatlardan və Şamaxı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Daha sonra mərkəzin konfrans zalında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzin direktoru Könül Eyvazova konfransı açıq elan edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır.
Konfransda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun icracı direktoru, t.ü.f.d., dosent Cəbi Bəhrəmov “Müstəqil Azərbaycan Respublikasının qurucusu ümumilli lider Heydər Əliyev”,
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Sübhan Talıblı “Ümummilli lider Heydər Əliyev: müstəqillikdən dövlətçiliyə”, ADPU-nin Şamaxı filialının dosent, t.ü.f.d. Zərifə Cavadova “Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin rolu”, Şamaxı rayonu YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova “YAP-ın fəaliyyətində gənclərin rolu”, ADU-nun tələbəsi, gənc könüllü Səma Vahabzadə “Heydər Əliyev Azərbaycan gəncinin gözü ilə” adlı mövzularda məruzələr ediblər.

Paylaşın: