ADPUnun Şamaxı filialının Sosial və pedaqoji elmlər” kafedrasının
baş müəllimi Məmmədov Fəxrəddin Emin oğlu
“İnanıram ki, mənim axıra çıxara bilmədiyim tale yüklü
məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm.
Ümummilli lider Heydər Əliyevin
Azərbaycan xalqına müraciətindən.
01 oktyabr 2003 – cü il.
44 günük Zəfər tariximizdən, şanlı qələbəmidən sonra “Dəmir yumruq” qarşısinda əzilmiş, miskin hala düşmüş erməni daşnakları, separatçıları, terrorçuları özlərinin bədniyyətli himayədarlarının, ilk növbədə erməni lobbisinin əlində bir oyuncağa çevrilən Fransanın təhriki ilə son bir neçə ayda xeyli fəallaşmış, Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulmuş, ərazilərimizin minalanması davam etdirilmişdir. Terrorçuların döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, həmçinin səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur. Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Bütün yuxarıda sadalanlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi.
19 sentyabr 2023 – cü il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və iki nəfər mülki şəxs həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşmüş və nəticədə hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdur. Tarixi proseslərin gedişi bu ciddi təhlükə mənbəyinin aradan qaldırılmasıni tələb edirdi. Çünki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı.
Beləliklə, Lokal xarakterli antiterror tədbirləri keçimək zərurəti labüd idi. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Peşəkar Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xəttində və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxartdı. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız və yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı.Bir cəhətdə qeyd olunmalıdır ki, keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılmışdı.
20 sentyabrda seperatçılar ağ bayraq qaldırdılar, döyüş meydanını təşviş içində tərk etdilər, danışıqlara razı olduqlarını bildirdilər. Məhz ölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Bu istiqamətdə seperatçıların numayəndələri ilə görüş sentyabr ayının 21 – də Yevlax şəhərində keçirilməsi nəzərdə tutulub.
Sülh məramlı Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmış və bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərmişdir. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilmiş və məlumat vərəqələri paylanılmışdır.
Azərbaycan tərəfindən seperatçılara zəmanət verilmişdir ki, Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılmışdır.
44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, İlham Əliyevin siyasi xəttini dəstəklədiklərini bəyan etmiş və 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunmuşdur. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiklərini, onun ətrafında sıx birləşdiklərini bəyan etmişlər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirə salınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz olmuşdur..
Hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış “üçlük” — Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər, vətənpərvər siyasi qüvvələrin Bəyanatına imza atmaqdan imtina etdilər.
Bu xəyanətkar, satqın “üçlüyün” əksinə olaraq Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar da vətənpərvər, fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımların Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir.
Azərbaycan Respublikası Prezidentinin administrasiyasıının açıqlamasında bildirilir ki, Azərbaycan Respublikası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrini dialoqa dəvət etmişdir. Lakin onlar hər dəfə bundan imtina ediblər. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuzqəbul rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcəkdir. 20 sentyabrda əks tərəf təklifimizi qəbul etdiklərini bildirdilər. Danışıqlar sentyabrın 21 – də Yevlax şəhərində keçiriləcək.
Qarabağ Azərbaycandır!