14.09.2023-cüil tarixində Keyfiyyətin Təminatı Şöbəsinin yeni tədris ilində ilk iclası keçirildi. İclasda 2022-2023-cü tədris ilində  iş planı üzrə yerinə yetirilən və yeni tədris ilində görüləcək işlər  haqqında şöbənin müdiri Ruqiyyə Babaşova çıxış edərək hesabat xarakterli məlumat verdi. İclasda qonaq qismində iştirak edən Humanitar və sosial məsələlər üzrə direktor müavini Şəlalə Seyidova və Tədris şöbəsinin müdiri Fəxrəddin Məmmədov yeni tədris ilində yerinə yetirilməsi vacib olan  məsələləri təklif olaraq irəli sürdülər.

Paylaşın: