Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı 2025-2026-ci tədris ili üçün tələbə qəbuluna hazırlıq və tələbə kontingentinin kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması məqsədilə İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbdə tanıtım görüşləri təşkil edib. Tanıtım görüşlərində filialın Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi, f.ü.f.d. Şasəddin Mikayılov, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov və İsmayıllı rayonunun təhsil nümayəndələri və yuxarı sinif şagirdləri iştirak ediblər. Bu görüşlər zamanı iştirakçılara filialın tədris və elmi fəaliyyətləri haqqında ətraflı məlumat verilib, həmçinin filialın güclü tərəfləri, təhsil proqramları və karyera imkanları təqdim edilib. Filialın imkanlarını daha yaxından tanıtmaq məqsədilə xüsusi olaraq hazırlanmış videoçarx nümayiş etdirilib, iştirakçılar video ilə tanış olduqdan sonra onları maraqlandıran suallar ətraflı və səmimi şəkildə cavablandırılıb. Bu görüşlər həmçinin, tələbələrin və onların valideynlərinin təhsil seçimi prosesində daha məlumatlı və qərar qəbul etməyə hazır olmalarını təmin etmək məqsədini güdür. Tanıtım tədbiri böyük maraqla qarşılanıb və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
