ADPU-nun Şamaxı filialında 2019-cu ildən fəaliyyət göstərən İnklüziv təhsil mərkəzi inklüziv cəmiyyətin qurulması kimi müqəddəs amal uğrunda fəaliyyətini uğurla davam etdirir. Filialda kadr hazırlığı aparılan bütün ixtisaslar üzrə inklüziv təhsilin təşkili məsələləri həm nəzəri, həm də praktiki baxımdan gələcəyin müəllimlərinə aşılanır. Bundan əlavə sosial inklüziya mövzusu da ətraflı araşdırılır. Diskriminasiya, inteqrasiya və inklüziyanın tarixi, fərqlilikləri olan insanlara qarşı müxtəlif yanaşma modelləri barədə məlumat verilir.

Tələbələrin tədris olunan mövzulara uyğun tədqiqat işləri ilə çıxış etmələri inklüziv təhsillə bağlı maarifləndirmə işlərinin daha geniş vüsət almasına səbəb olacağını göstərir.

Paylaşın: