Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil olunmuş təlim uğurla həyata keçirildi. Təlim Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Qədirov Elmir Abdul oğlu tərəfindən aparılmışdır.
Təlimin əsas məqsədi tələbələrin müəllimlərin işə qəbulu (MİQ) imtahanına hazırlıq prosesinə dəstək göstərmək, onları imtahanın strukturu və məzmunu ilə yaxından tanış etmək, eyni zamanda onların nəzəri biliklərini praktikaya tətbiq etməyə təşviq etmək idi.
Sessiyalar zamanı əvvəlcə İnformatika fənni üzrə MİQ imtahan proqramı haqqında ətraflı məlumat verildi. Təlim iştirakçılarına imtahanın çərçivə sənədi təqdim olundu, müxtəlif tipli sual nümunələri göstərilərək onların izahı aparıldı. Bundan əlavə, imtahan sonrası mərhələlərdən biri olan müsahibə mərhələsi haqqında da ətraflı danışıldı və müsahibə zamanı qarşıya çıxa biləcək mövzular diqqətə çatdırıldı.
İnformatika fənni üzrə keçirilən hissədə isə analoji şəkildə MİQ imtahan proqramının əsas məqamları izah edildi. Tələbələrə bu fənn üzrə sual strukturları və qiymətləndirmə meyarları ətraflı şəkildə təqdim olundu.
Təlimin davamında tələbələr nümunəvi sınaq testləri üzərində işləyərək əldə etdikləri nəzəri bilikləri tətbiq etmək imkanı qazandılar. Ötən illərdə MİQ imtahanına düşmüş test formaları təqdim olundu. Onlara cavab verildi və izah olundu.