Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarına (İKT) yiyələnmək təhsil və idarəetmə sahələrində uğurun əsas şərtlərindən biridir. Bu məqsədlə professor-müəllim heyətinin və inzibati idarəetmə personelinin İKT savadlılığının artırılması istiqamətində ADPU-nun Şamaxı filialının İnformasiya və kommunikasiya texnologiyaları şöbəsi tərəfindən xüsusi təlimlər təşkil olunmuşdur.
Təlimlərdə “Excel-də filtrləmə və vizual analiz bacarıqları” və “Effektiv təqdimatlar üçün Power Point dizayn texnikaları” mövzuları üzrə praktik biliklərə yiyələnmə təmin edilmişdir. Təlimlərin sonunda iştirakçıların texnoloji bacarıqlarını qiymətləndirmək, rəqəmsal platformalardan istifadə səviyyəsini müəyyənləşdirmək və gələcək inkişaf istiqamətlərini formalaşdırmaq məqsədilə yekun imtahan təşkil olunmuşdur.
Qiymətləndirmə nəticələrinə əsasən yüksək nəticə göstərmiş iştirakçılar müvafiq sertifikatlarla təltif ediləcəklər.