Aprelin 28-də İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsi və Riyaziyyat və kompüter elmləri kafedrasının birgə təşkilatçılığı ilə Excel-də filtrləmə və vizual analiz bacarıqları” mövzusunda elmi-metodoloji təlim təşkil edilmişdir. İki hissədən keçirilən təlim filialın professor-müəllim və tədris-köməkçi heyəti iştirak etmişdir.

Təlimin məqsədi iştirakçılara Excel proqramında filtrləmə və vizual analiz bacarıqlarını artırmaq və onları bu alətləri daha effektiv şəkildə istifadə etməyə hazırlamaqdır. Bu cür bacarıqların təkmilləşdirilməsi iştirakçıların məlumatların analizini daha sürətli və doğru şəkildə etmələrinə imkan yaradacaq, həmçinin müxtəlif verilənlər üzərində işləmə proseslərini asanlaşdıracaqdır.

Paylaşın: