Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Sosial və Pedaqoji elmlər kafedrasının baş müəllimi Əkbəri Təranənin təqdimatında “İİV”infeksiyası və ondan qorunma yolları haqqında maarifləndirmə tədbiri keçirildi.

Tələbələrə virusa yoluxma, qorunma və müalicə üsulları haqqında ətraflı məlumat verildi, vaxtında qoyulan diaqnozun ölüm hallarının qarşısını ala bildiyini və antiretrovirus müalicəsinin effektli olduğunu nəzərə çatdırıldı.  O qeyd etdi ki, dünyada hər il orta hesabla 2,5 milyon insanın İİV infeksiyasına yoluxur və 2 milyona yaxın insan bu xəstəlikdən vəfat edir. Məhz bu səbəbdən İİV virusunu pandemiya adlanır. Bu, virus dünya səhiyyə sistemi üçün qlobal problemlərdən biridir. Bu gün Azərbaycanda  İİV infeksiyası ilə mübarizə məqsədi ilə mühüm tədbirlər həyata keçirilir. İİV infeksiyası üzrə epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır və hazırda ölkədə sözügedən infeksiya ilə mübarizə aparan tibb müəssisələri şəbəkəsi mövcuddur. Məhz bunun qarşısını almaq üçün bu virusa yoluxma və qorunma yollarını bilmək və düzgün əməl etmək mütləqdir.

Paylaşın: