Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi və ADPU-nun Şamaxı filialının birgə təşkilatçılığı ilə “İİV infeksiyasına yoluxma hallarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbiri filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə açaraq  , 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri olan  İİV infeksiyasının fəsadlarından bəhs etdi. Qeyd olundu ki, İİV/QİÇS ilə mübarizə istiqamətində cəmiyyətin gələcəyi olan gənclər arasında maarifləndirici tədbirlər gücləndirilməli, gənclər bu mübarizədə səylərini birləşdirməlidirlər. Bu baxımdan bu tip maarifləndirici tədbirlərin filialda da keçirilməsi olduqca önəmlidir.

Ardınca Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şamaxı Regional İİV Diaqnostik Laboratoriyasının müdiri Nənəqız Qəniyeva əsrin bəlasına çevrilən İİV/QİÇS ilə mübarizə sahəsində ölkəmizdə və rayonda görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açaraq bu ümumbəşəri bəlaya qarşı hamılıqla mübarizə aparmağın yollarından ətraflı bəhs etdi.

Sonda mövzu ətrafında diskussiya aparıldı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Paylaşın: