ADPU-nun Şamaxı filialının Pedaqoji təcrübədə olan buraxılış ili tələbələrinin təşkilatçılığı ilə Şamaxı rayon Yaradıcılıq mərkəzində Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Füzulinin könül dünyası” adlı tədbir keçirilib.

Tədbirdə ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, ADPU-nun dil- ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdürü f ü.f.d E.Eminalıyev, Pedaqoji fakültə dekanı Qahirə Şahbazova, kafedranın müəllimi Sevinc Baxşıyeva, Yaradıcılıq mərkəzinin direktoru A.Əfəndiyeva, M.K.Veysov adına 6 nömrəli tam orta məktəbin direktoru Y.İbrahimova, direktor müavini R.Əsgərova, Azərbaycan dili və ədəbiyyat müəllimləri-İ.Şəfəq, N.Nəzirə və digər təcrübəçi tələbələr-A.Yemən, D.Kifayət, A.Gültəkin iştirak etdilər.
Tədbirdə ədibin həyat və yaradıcılıq yolu haqqında geniş söhbətlər aparıldı.

 

 

 

 

Paylaşın: