-3 ay ərzində məktəbimizdə pedaqoji təcrübə keçən tələbələr təcrübəni başa vurub gedərkən çox xoş təəssuratlar qoyub getdilər. 3 ay ərzində biz onlarla hər gün görüşərək qarşılıqlı əlaqədə olduq, bir-birimizlə təssüratlarımızı bölüşdük.
“Təhsil millətin gələcəyidir” deyən Ümummilli lider məhz bu gənclərimizi nəzərdə tutur. Sizlər bizim yolumuzu davam etdirirsiz, və inanıram ki, növbəti tədris ilində böyük əksəriyyətiniz müvəffəqiyyət qazanaraq  müəllim adına layiq görüləcəksiniz. Ümid edirəm ki, yaxın gələcəkdə bu tələbələri bizim məktəbimizdə müəllim kimi görərik. Təcrübəçi tələbələr həmçinin, məktəbdə təşkil olunan tədbirlərdə yaxından iştirak etmiş, müxtəlif intellektual yarışlar təşkil etmişlər.
Tələbələrə pedaqoji təcrübədəki fəakiyyətlərinə görə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.
Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam orta məktəb

Paylaşın: