Doğum gününüz mübarək, Cənab Prezident!
Hörmətli Cənab Prezident!
Sizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının kollektivi adından və şəxsən öz adımdan yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə Azərbaycanın daimi prezidenti olaraq uzun və sağlam ömür, ailə səadəti arzulayıram.
Siz Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, onun əmanət qoyduğu müstəqil dövlətimizin nüfuzunu daha da artırırsınız. Ulu Öndər Azərbaycanın memarı, siz isə onun qurub-yaşadanı oldunuz.
Sizin 18 illik prezidentlik fəaliyyətinizin hər bir günü dövlətçiliyimizin daha da inkişaf etdirilməsinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, xalqımızın maddi rifahının yaxşılaşdırılmasına yönəlibdir.
Cənab Ali Baş Komandan, rəhbərliyinizlə torpaqlarımızın işğal altından azad olunması ilə nəticələnən Zəfər qələbəmizlə Siz qəlbi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı üçün şanlı tarix yazdınız. Bu gün bütün gənclik Sizi özünə örnək götürür, davamçınız olmaq istəyir.
Biz təhsil işçiləri də öz növbəmizdə Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, Sizin ideyalarınız işığında inamla irəliləyirik.
Yaşasın Azərbaycan!
Var olsun Cənab Prezidentimiz İlham Əliyev!
Hörmətlə,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova.