- “Hədəf 10%” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Bakı Müasir İncəsənət muzeyinə ekskursiya təşkil edilib.
Tələbələr Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dünyaşöhrətli rəssamlarla yanaşı, Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun da dövrünü qabaqlayan işləri ilə tanış olublar. Burada əks olunan dahi rəssamların modern, təkrarsız rəsm və heykəltaraşlıq əsərləri tələbələrimiz tərəfindən maraqla qarşılanmışdır.