Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında  Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Səkinəxanım  Xasıyevanın təqdimatında “Bədii üslubun tədqiqi və dil xüsusiyyətləri” adlı elmi-tədqiqat işinin müzakirəsi keçirildi.  Tədbirdə filialın rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdi.
Təddqiqatçı təqdimat zamanı  funksional üslubların yaranması və inkişaf tarixindən, üslublar sistemində bədii üslubun mövqeyindən və dil əlamətlərindən araşdırma zamanı əldə etdiyi faktlar əsasında ətraflı məlumat verərək mövzunun müasir dilçiliyin aktual problemlərindən olduğunu diqqət mərkəzinə çatdırdı.

Son olaraq mövzu ilə bağlı suallar cavablandırılıb.

Paylaşın: