Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında  keçirilib.
Tədbir filialın Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə baş tutub. Tədbir çərçivəsində şairin zəngin həyat və yaradıcılığına həsr olunmuş xatirə guşəsi yaradılıb, onun əsərlərinin orijinal nüsxələri, müxtəlif illərdə nəşr olunmuş kitabları və digər materiallar nümayiş etdirilib.
Görüşdə şairin poeziyasında mühüm yer tutan vətən sevgisi, milli kimlik, azadlıq və insanlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Tələbələr Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələr səsləndirib, müəllimlər isə onun ədəbi irsinin müasir gəncliyin dünyagörüşünə və milli-mənəvi dəyərlərə münasibətinə təsirindən bəhs ediblər.
Tədbir Bəxtiyar Vahabzadənin ədəbi mirasına dərin ehtiramın ifadəsi olmaqla yanaşı, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından da əlamətdar hadisə kimi dəyərləndirilib. Qeyd edək ki, şairin 100 illiyi münasibətilə Şamaxı filialında xüsusi tədbirlər planı da hazırlanıb və bu istiqamətdə müxtəlif tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

 

 

Paylaşın: