Soaial və xüsusi fənlər kafedrasının müəllimi Fəxrəddin Məmmədov.
“BRİCS” müasir dövrdə sürətlə inkişaf edən Braziliya, Rusiya, Hindistan,
Çin və Cənubi Afrika Respublikasının dövlət rəhbərləri tərəfindən yaradılmışdır.
22 – 24oktyabr 2024 – cü il tarixində Rusiya Federasiyasının Kazan şəhərində
keçirilən sammitdə müasir dünyanın siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və
digər qlobal məsələlləri müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının beynəlxalq
aləmdəki nüfuzu nəzərə alınaraq Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
tərəfindən sammitə dəvət edilmişdir. İlham Əliyev Kazan şəhərində keçirilən XVI
BRICS Sammitinin“Outreach”“BRICS+” formatının ilk plenar iclasında çıxış etmişdir.
Azərbaycan Respublikaının Przidenti İlham Əliyev cənablarının Kazan forum
iştirakçıları tərəfindən böyük maraqla qarşılanan çıxışında Azərbaycn Respublikasının
beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu,.
beynəlxalq Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan dövləti tərəfindən əyani
şəkildə nümayiş etdirdiyini xüsusi vurğulayaraq qeyd etmişdir ki, dörd illik sədrlik
dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addımlar atmış,
beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirmişdir. Hərəkata uğurlu
sədrlik təcrübəsinin nəticəsidir ki, bu gün bu sədrlik Azərbaycan Respublikasına Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində çıxışına
köməklik edir.
Öz coğrafi mövqeyindən istifadə edən və müasir tələblərə cavab verən
infrastruktur yaradan Azərbaycan Respublikası Avrasiyanın mühüm nəqliyyat və logistika
mərkəzlərindən birinə çevrilmişdir. Məlum olduğu kimi “Şərq-Qərb” və “Şimal-Cənub”
nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan
ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən
yük axınının kəskin artmasını nəzərə alaraq, Azərbaycan dövləti bu dəhlizlərin ötürücülük
imkanlarının artırılmasına xüsusi diqqət yetirir və əlavə vəsaitlər ayırır.
Noyabr ayında Azərbaycan Respublikasının paytaxtının – Bakı şəhərinin ən
böyük beynəlxalq iqlim konfransının – COP29-un keçiriləcəyi məkanının olacağı
yuxarıda sadalananların bariz nümunəsidir. Təqribən 200 ölkənin COP29-un
Azərbaycanda keçirilməsinə dair yekdil qərarı Azərbaycan dövlətinin apardığı uğurlu daxili
və xarici siyasətinə hörmətin və dəstəyin parlaq sübutudur.
Bu gün Azərbaycan Respublikası Qlobal Cənub və Qlobal Şimal arasında iqlim
üzrə əməkdaşlığa böyük töhfə verir. İstər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də
qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı
hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərir və göstərəcək.
24 oktyabr 2024 – cü il tarixində Rusiya Federasiyasının Kazan şəhərində keçirilən
XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.Görüşdə tərəflər ikitərəfli
sülh gündəliyinin irəli aparılması, o cümlədən, sülh sazişini, sərhədlərin delimitasiyası və
demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edilib. İki ölkənin
xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş
üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli
danışıqları davam etdirmək barədə təlimat verilmişdir..
BRICS-in fəaliyyəti ilə bağlı olan önəmli amil kimi aşağıdakıları qeyd edə bilərik.
1.2024 – cü ildə 9 üzvü olan BRICS 2006 – cı ildə Çin Respublikasının təşəbbüsü ilə
yaradılıb.
2.Rusiya Federasiyasının Kazan şəhərində keçirilən sammitdə 36 nümayəndə heyətləri, o
cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılmışdı.
3.Bu gün BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli
siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib.
4.BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu
təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.
5.BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq
nizamın inkişafına töhfə verir.
6.BRICS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə
xidmət edir.
7.BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili
işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı
faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən
inhisarlaşdırılmasının qarşısını alır.