Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Rasim  Nərmanov.

 

44 günlük vətən müharibəsinin və 23 saatlıq  antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub. İşğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının 30 il qəlbində yaşatdığı müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə nail olmuşuq. Bu uğurlar Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan birləşdirici amillərdir. Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən ucada dayanır.

2024-cü il 7 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq  seçkilər ərazi bütövlüyünü təmin etmiş, suveren dövlətimizin bütün ərazisini əhatə edəcək. Bu baxımdan dövlətimiz adına mühüm hadisəni zəfər seçkisi də adlandırmaq olar. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər azad edilmiş rayon və kəndlərimizdə yaradılmış seçki  məntəqələrində 20 minədək əhalimiz ilk dəfə olaraq səs verəcək. Bu dəfə də Azərbaycan xalqı öz mövqeyini ortaya qoyacaq:  “Birmənalı olaraq indidən qeyd etmək istərdim ki, xalqımız Qarabağı Azərbaycana qovuşduran, dədə-baba torpaqlarımızın həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevə tam dəstək göstərərək xalqın layiqli liderinə səs verəcəkdir.

Bu seçkilər həm də xalqın öz rəhbərinə olan sevgisini bildirmək üçün gözəl bir fürsətdir. Bəzi destruktiv, məhdud potensiala malik, qərəzli mövqe tutan, partiya üzvlərinin sayı 5000-ni keçməyən, köpük effekti yaradaraq özünü dırnaqarası lider hesab edənlər növbəti dəfə iflasa uğrayacaq. Xalq və İlham Əliyev birliyinin gücü qarşısında tarixin zibilliyinə yuvarlanacaqdır!

 

Paylaşın: