Azərbaycan Somali dostluq münasibətlərində yeni səhifə.

 Sosial və xüsusi fənlər kafedrasının dosenti Cavadova Zərifə.

 

Azərbaycan respublikasının dünyada nüfuzu gündən –günə artmaqdadır.Nəinki Avropa ,Asiya,eləcə də Afrika ölkələrinin də Azərbaycanla əməkdaşlıga olan maragı güclənməkdədir. Somali bu sırada ilk dövlətlərdəndir.

Azərbaycan Somali arasında diplomatik əlaqələr 2004-cü il mart ayının 22-də qurulmuşdur. Hər iki ölkə arasında diplomatik əlaqələrin 21 illik tarixi vardır. Ölkələrimiz arasında təmasların xüsusilə son illər ərzində intensivləşməsi əməkdaşlıq perspektivlərinin artmasında faydalı rol oynayır. Azərbaycan və Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uygun olaraq ,əməkdaşlıgın genişləndirilməsində bu mexanizmdən istifadə vacib əhəmiyyətə malikdir.

Cari ilin fevralın 12-də Somali Fedetrativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfər etmişdir. Bu tarixi səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açılmış oldu.və bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanat vermişdir.     

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.

Hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaqdır. Regionlarımızda geosiyasi vəziyyət, ölkələrimizin üzləşdiyi çağırışlar geniş şəkildə müzakirə edilmiş, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimiz bir daha vurğulanmışdır. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə də Prezidentə məlumat verilmişdir.

 

İkitərəfli münasibətlərdə təhsilə  də xüsusi əhəmiyyət verilmişdir.

Həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında da  təcrübəmiz bölüşdürülmüşdür.. Müzakirə edilən  və ediləcək  sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz  də vardır. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaqdır. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcəkdir.

Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır.

Həmçinin Somalidə sərmayə imkanları da  müzakirə edilmişdir.  Məlum oldugu kimi, cənab Prezidentin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır., Həmin proses davam etməlidir. Həqiqətən  Prezidentin rəsmi səfəri nəticəsində digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam ediləcəkdir. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Somali Prezidentinə  kənd təsərrüfatında böyük potensialın olduğu barədə məlumat verilmişdir. Ümumiyyətə,bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qurmaq olar.

Müdafiə sahəsində də  əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

İmzalanan sənəddən sonra Somali  Prezidenti  Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olmuşdur. Hazırda nümayəndə heyətlərinin görüşü zamanı bu imkanlar birmənalı şəkildə müzakirə edilmişdir. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaratmişdir. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirmişdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, həmçinin xüsusi təyinatlılarımız Somali Prezidentə təqdim olunmuşdur .Bir sözlə, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır;

 

Tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir.

Məlum oldugu kimi xarici işlər nazirlərimiz çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə etmişlər. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.

Ümumiyyətlə,fevralın 12-də Bakıda hər iki ölkə arasında imzalanmış sənədlər bunlar olmuşdur:

-“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”;

-“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

-“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”;

-“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

Somali Fedetrativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişlənməsinə ,o cümlədən iqtisadi əməkdaşlıgın inkişafına təkan verəcəkdir. Bu həm də onu göstərir ki, Azərbaycan ,ümumiyyətlə Afrika ölkələri üçün yeni əməkdaşlıq perspektivləri açır.

Paylaşın: