Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Tələbə Elmi Cəmiyyətinin xətti ilə ADPU-nun 100 və Şamaxı filialının 30 illik yubileyinə həsr olunmuş konfrans keçirildi.
Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Tələbə Elmi Cəmiyyətinin (TEC) ADPU-nun 100 və Şamaxı filialının 30 illik yubileyinə həsr olunmuş konfransı baş tutdu.
Konfransın plenar iclasını giriş sözü ilə açan ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova çıxışında ölkənin kadr potensialının zənginləşdirilməsində misilsiz xidmətləri olmuş ADPU-nun 100 və onun cəmiyyətdə özünə müsbət imic qazanmış Şamaxı filialının 30 illik yubileyinə həsr olunmuş konfransın işinə uğurlar arzuladı.
Plenar iclasda çıxış edən Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov və Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasının onların gələcək pedaqoji fəaliyyətlərinə və fasiləsiz təhsil prosesinə qoşulma proseslərinə göstərdiyi müsbət təsirlərdən bəhs etdilər.
Plenar iclas filialınTələbə Elmi Cəmiyyətinin sədri, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ili tələbəsi Abdulsəlimli İncinin “Bəxtiyar Vahabzadə yaradıcılığında bütöv Azərbaycan” mövzusunda çıxışı ilə başa çatdı.
Bölmə iclasları 3 bölmədə işini davam etdirdi:
- Riyaziyyat və informatika bölməsi üzrə sədr pedaqogika üzrə fəlsəfə doktoru Firidə Mustafayeva, həmsədr baş müəllim Qahirə Şahbazova;
- Sosial və pedaqoji elmlər bölməsi üzrə sədr Dosent Mayıl Alıcanov, həmsədr Yaqur Qasımova;
- Dil və ədəbiyyat bölməsi üzrə sədr filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev, həmsədr Sevinc Baxşiyeva olub.
Bölmələrdə səsləndirilən məqalələr həm də həmin bölmə üzrə təyin edilən münsif müəllimlər tərəfindən dinlənildi, sonda müzakirə edilərək, hər bölmə üzrə fərqlənən işlər qeyd olundu.
Belə ki, aşağıda adları çəkilən tələbələrin təqdimat və tədqiqatları müxtəlif yerlərə layiq görülüb:
Riyaziyyat və informatika bölməsi üzrə
I yer- 301 qrup tələbəsi Abdullayeva Səmayə. Elmi rəhbər: p.ü.f.d. Firidə Mustafayeva.
II yerlər– 101-ci qrup tələbəsi Zülfüqarova Mirvari. Elmi rəhbər: Rasim Nərmanov.
204-cü qrup tələbəsi Nigar Sadıqova. Elmi rəhbər: b/m Çingiz Dadaşov.
III yerlər- 304-ü qrup tələbəsi Jalə Tarverdiyeva. Elmi rəhbər: b/m Əlişah Eyyubov .
204-cü qrup tələbəsi İsmayılova Şəlalə. Elmi rəhbər: b/m Eyyubov Əlişah.
Sosial və pedaqoji elmlər bölməsi üzrə fərqlənən tələbələr:
I yer- 102-ci qrup tələbəsi Abdulsəlimli İnci. Elmi rəhbər: Şəlalə Seyidova,
403-cü qrup tələbəsi Bayramova Esmira. Elmi rəhbər: dos. Mayıl Alıcanov.
II yerlər- 103-cü qrup tələbəsi Məmmədov Seymur. Elmi rəhbər: b/m Fəxrəddin Məmmədov,
503-cü qrup tələbəsi Abdullayeva Rəqsanə . Elmi rəhbər: Babək Abdullayev,
303-cü qrup tələbəsi Razmiyani Səkinə. Elmi rəhbər: dos. Zərifə Cavadova,
105-ci qrup tələbəsi Haydımova Leyla. Elmi rəhbər: b.ü.f.d. Təranə Əkbəri,
101-ci qrup tələbəsi Əlizadə Aytən. Elmi rəhbər: Səməngül Abdullayeva.
III yerlər- 202-ci qrup tələbəsi Hacıyeva Turanə. Elmi rəhbər: dos. Mayıl Alıcanov,
302-ci qrup tələbəsi Bayramova Leyla . Elmi rəhbər: b/m Fəxrəddin Məmmədov,
103-cü qrup tələbəsi Quliyev Nicat. Elmi rəhbər: b/m Fəxrəddin Məmmədov,
305-ci qrup tələbəsi Qəribova Aydan. Elmi rəhbər: Səməngül Abdullayeva,
101-ci qrup tələbəsi İsayeva Aytac. Elmi rəhbər: Abdullayeva Səməngül
203-cü qrup tələbəsi İsmayılova Pərvanə. Elmi rəhbər: Yaqut Qasımova,
103-cü qrup tələbəsi Abdullayev Şahin. Elmi rəhbər: Zərifə Həmidova,
305-ci qrup tələbəsi Mərdanova Günay. Elmi rəhbər: Teybə Əfəndiyeva.
Dil və ədəbiyyat bölməsi üzrə
I yer- 301 qrup tələbəsi Ağayeva Nərgiz. Elmi rəhbər: Sabir İbrahimov.
II yer– 102 qrup tələbəsi Əliyev Emil. Elmi rəhbər: Sevinc Baxşiyeva,
102 qrup tələbəsi Mehdiyev Rəsul. Elmi rəhbər: Sevinc Baxşiyeva,
301-ci qrup tələbəsi Nuriyeva Günay. Elmi rəhbər: Vəsilə Razımi,
202 qrup Bağıyeva Nərgiz. Elmi rəhbər: Şükürova Sənubər.
201 qrup Bayramova Zahidə. Elmi rəhbər: Sevinc Baxşiyeva.
III yer- 302-ci qrup Osmanova Aygün. Elmi rəhbər: Eyvaz Eminalıyev.
201-2 qrup Rəsulova Dilşad. Elmi rəhbər: Ruqiyyə Babaşova,
402 qrup Arzu Ələsgərova. Elmi rəhbər: Rima Quliyeva.
Konfransda məruzə ilə çıxış edərək yer tutan tələbələrə diplom və hədiyyə olaraq kitab, digər bütün tələbələrə isə fəal iştiraklarına görə sertifikatlar təqdim olundu.