ADPU-nun Şamaxı filialında bütün ixtisaslar üzrə “Azərbaycan dilində işgüzar və akademik kommunikasya” fənni tədris olunur. Fənnin tədrisində nəzəri, təcrübi məşğələlər nəzərdə tutulmuşdur. Gələcəyin peşəkar mütəxəssisi olacaq hər bir tələbə ixtisas və peşəsindən asılı olmayaraq effektiv kommunikasiya vərdişlərinə yiyələnməlidir. Cəmiyyətin qabaqcıl mütəxəssisinin səviyyəsi, mədəniyyəti ən əvvəl onun nitqində, danışıq və yazı üslubunda özünü göstərir. Bu fənn vasitəsilə nitq mədəniyyətinin baza anlayışı tələbələrə aşılanır. Fənn üzrə tədrisin keyfiyyətinin artırılması məqsədi ilə keçirilən dərslər mütəmadi manitorinq olunur.

Paylaşın: