ADPU Şamaxı filialının tələbələri Ağdam şəhərində ağacəkmə aksiyasında iştirak ediblər.

“Regional İnkişaf” İctimai Birliyinin  könüllüləri işğaldan azad edilmiş Ağdam şəhərində Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Könüllü qismində tədbirdə iştirak edən ADPU Şamaxı filialının Tarix və coğrafiya müəllimliyi ixtisasının tələbələri olan Bəhrəmova Məleykə, Sadıqov Mustafa, Quliyev Xəyal və Məmmədov Ruslan işğaldan azad olunmuş torpaqları ziyarət etməyin böyük sevincini duyduqlarını qeyd edirlər.

Aksiyada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və könüllülər tərəfindən, ilk növbədə, ağacların əkilməsi üçün nəzərdə tutulan sənaye zonası salınacaq ərazinin ətrafı daş və digər tullantılardan təmizlənib, hamarlanıb, əkin üçün hazır vəziyyətə gətirilib. Əraziyə 800 ədəd həmişəyaşıl ağac əkilib, əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

#RegionalİnkişafİctimaiBirliyi

Paylaşın: