Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının əməkdaşları Şirvan Ağsu regional miqrasiya idarələrinin təşkilatçılığı ilə keçirilən onlayn maarifləndirmə tədbirində iştirak etdi.

Fevralayının 23-ündə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının əməkdaşları Dövlət Miqrasiya Xidmətinin Şirvan və Ağsu Regional Miqrasiya İdarələrinin təşkilatçılığı ilə keçirilən “Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin olduğu yer üzrə qeydiyyata alınmasl qaydaları” mövzusunda onlayn maarifləndirmə tədbirində iştirak etdi. Tədbirdə Şirvan və Ağsu Regional Miqrasiya İdarəsinin əməkdaşları və ADPU-nun Şamaxı filialının rəhbərliyi və müəllim heyəti iştirak edirdilər.

Tədbir “Azərbaycan Respublikasında təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydaları”, həmçinin “Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqamətləri” mövzularına həsr olundu. Miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər, eləcə də Xidmətin yaranma tarixi, inkişaf mərhələləri, fəaliyyət  istiqamətlərindən söhbət açıldı.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırıldı.

 

Paylaşın: