ADPU Şamaxı filialında 17 noyabr Dirçəliş Günü və YAP-ın yaranmasının 29-cu ildönümü qeyd olundu.

Filialın Heydər Əliyev Lektoriyasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda şəhid olan bütün həmvətənlərimizin əziz xatirəsinin 1 (bir) dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Filialın direktoru, dos. Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək bildirdi ki, 17 noyabr Dirçəliş Günündə başlanan tarixi mərhələnin sonrakı illərində Azərbaycan xalqı ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tərəqqi yaşadı. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gündən-günə gözəlləşən, yeniləşən respublikamız məhz Heydər Əliyev ideyalarından güc alaraq özünün yeni inkişaf mərhələsini yaşayır.
Tünzalə Yusifova vurğuladı ki, əsası Ulu Öndər tərəfindən qoyulan Yeni Azərbaycan Pariyasının aparılan çoxsaylı inkişaf strategiyalarında böyük payı vardır. Tarixi zərurətdən yaranan bu partiya yarandığı gündən ölkənin ictimai-siyasi həyatın da öz aparıcı yerini nümayiş etdirir. Tariximizə qızıl hərflərlə yazılan 44 günlük Zəfər yolu da məhz bu siyasi gücün nəticəsidir.
Sonra söz verilən Tədris və elmi işlər üzrə direktor müavini, ADPU-nun Şamaxı filialının YAP təşkilat sədri Şasəddin Mikayılov bildirdiki, partiyanın filial təşkilatı öz fəaliyyətini YAP-ın Nizamnamə və Proqramına, təşkilatın müəyyən olunmuş müvafiq iş planına uyğun qurur. Rayonda həyata keçirilən müxtəlif tədbirlərdə partiya üzvlərinin aktiv iştirakından bəhs edən çıxışçı qeyd etdi ki, Heydər Əliyev Azərbaycanın müasir elm və təhsil konsepsiyasının banisidir
Tədbirdə filialın YAP Gənclər Birliyi adından çıxış edən tələbələrdən – İbtidai sinif müəllimliyi ixtisasının tələbələri Zülfüqarov Ayxan, Abbasova Günel, Fidan Abbasova, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi Nuranə Mirzəyevə partiyanın Azərbaycanın gənclər siyasətində oynadığı roldan bəhs edərək, Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.

Paylaşın: