ADPU-nun Şamaxı filialının YAP təşkilatının iclası
15 aprel tarixində ADPU-nun Şamaxı filialının YAP təşkilatının iclası keçirilib.
İclasda YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, onun müavini Altay Məmmədli, filialın rəhbəriliyi , bir qrup professor-müəllim və tələbə heyəti iştirak edirdi.
İlk olaraq vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclası giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq gələn qonaqları və tədbir iştirakçılarını salamlayıb. O öz çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası zərurətdən yaranan bir partiyadır və uzun illərdir Ulu Öndər Heydər Əliyev, daha sonra isə cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində , ətrafına daha çox gəncləri toplayaraq uğurla fəaliyyət göstərir.
Daha sonra çıxış üçün söz ADPU-nun Şamaxı filialının YAP təşkilatının sədri, tədris və elmi işlər üzrə direktor müavini, f.ü.f.d Şasəddin Mikayılov hesabat xarakterli çıxış etdi. O, çıxışında partiyanın yaradılmasından sonrakı dövrdə onun ictimai-siyasi fəaliyyətindən bəhs etdi. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması xalqımızın sosial, siyasi və iqtisadi həyatında böyük irəliləyişlərə səbəb olub. Ulu Öndər H. Əliyevin sözü ilə desək “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP fəaliyyət göstərdiyi bütün zamanlarda dövrün tələbini nəzərə alaraq çalışmışdır. YAP-ın fəaliyyətində əsas və yeganə yol demokratiya yoludur. Bunun nəticəsidir ki, filialımızın professor-müəllim heyətinin və 18 yaşı tamam olmuş tələbələrimizin əksəriyyəti Yeni Azərbaycan Partiyasına üzvdür.
ADPU-nun Şamaxı filialının YAP Təşkilatının sədr müavini Nazilə Yaqubova çıxış edərək, YAP-ın uğurlu fəaliyyətindən və partiyanın fəaliyyətində gənclərin rolundan bəhs edib. O, qeyd edib ki, partiyanın ideya-siyasi xətti gənclərimiz tərəfindən uğurla davam etdirilir. Bu gün gənclərimiz partiyanın sədri cənab prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara doğru addımlayır.
Sonra Filialımızın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ili tələbəsi Cəbrayılova Narıncın ifasında “Azərbaycan” şeiri səsləndirilib.
Son olaraq çıxış üçün söz Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlıya verilib. O, çıxışında Yeni Azərbaycan partiyasının Şamaxı rayon ərazi təşkilatları içərisində ən çox partiya üzv olan təşkilatın, məhz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının olduğunu qeyd edibvə bunu yüksək qiymətləndirib. Partiya sıralarına yeni qədəm qoyan tələbərimizi təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Daha sonra partiyaya yeni üzv olmuş tələbələrimizə üzvlük vəsiqələri təqdim olunub və xatirə şəkli çəkilib. Ardınca tələbələrimizin ürək sözləri dinlənilib.
Son olaraq filialın direktoru, dosent Tünzalə Yusifova partiyaya yeni üzv olan tələbələrimizi təbrik edərək onlara uğurlar arzulayıb və iclası yekunlaşdırıb.