ADPU-nun Şamaxı filialının YAP təşkilatının birgə təşkilatçılığı ilə hesabat konfransı keçirildi.

Fevralın 17-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında filialın YAP təşkilatının hesabat konfransı keçirildi.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının rəhbərliyi, müəllim və tələbə heyəti, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Qasımlı Tural və müavini Məmmədov Altay iştirak edirdilər.

Tədbiri giriş sözü ilə ADPU Şamaxı filialının direktoru, dosent Yusifova Tünzalə açaraq dəyərli qonaqları və tədbir iştiraşçılarını salamladı.  Daha sonra Tünzalə Yusifova konfransın gündəliyindəki 2 əsas məsələni tədbir iştirakçılarının nəzərinə çatdırdı.

1) ADPU Şamaxı filialının YAP təşkilatının 6-cı qurultaydan sonrakı dövr ərzindəki hesabat vermək;

2) ADPU Şamaxı filialı üzrə YAP təşkilatının  sədrini və onun müavinini təyin etmək.

Daha sonra çıxış üçün söz filialın YAP təşkilatının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Mikayılov Şasəddinə verildi. O, öz çıxışında ADPU Şamaxı filialının Yeni Azərbaycan Partiyası təşkilatının VI qurultaydan sonrakı dövr ərzindəki gördüyü işlərdən şəkildə hesabat xarakterli çıxış etdi.

Hesabatın ardınca filialın YAP təşkilatına yeni sədr və müavinin təyin olunması bütün tədbir iştirakçıları arasında açıq səs verməyə qoyuldu. Səsvermə nəticəsində filialın YAP təşkilatına sədr olaraq Sosial və pedaqoji elmlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov və filialın məzunu, gənc işçisi, YAP-ın fəallarından olan Yaqubova Nazilə sədr müavini seçildi.

Təyinatdan sonra Sosial və pedaqoji elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Alıcanov Mayıl, Sosial və humanitar məsələlər üzrə direktor müavini Seyidova Şəlalə və filialın Tələbə Elmi Cəmiyyətinin sədri Sultanova İlhamə  çıxışlarında Yeni Azərbaycan Partiyasının uzunmüddətli, uğurlu fəaliyyətindən bəhs edərək, partiyanın gələcək fəaliyyətinə müvəffəqiyyətlər arzuladılar.

Son olaraq çıxış üçün söz Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlıya verildi. O, çıxışında Yeni Azərbaycan partiyasının Şamaxı rayon ərazi təşkilatları içərisində ən çox partiya üzv olan təşkilatın, məhz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının olduğunu qeyd etdi və bunu yüksək qiymətləndirdi. Son olaraq T.Qasımlı yüksək səviyyəli tədbir üçün filial rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Sonda Tünzalə Yusifova filialın YAP təşkilatına təyin olunmuş yeni sədr və müavini təbrik etdi, onlara uğurlar arzuladı və tədbirdə iştirak edən bütün istirakçılara öz təşəkkürünü bildirərək konfransı yekunlaşdırdı.

Paylaşın: