Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 2024-2025-ci tədris ilinin tələbə qəbuluna hazırlıq, tələbə kontingentinin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə Ağsu şəhər 4 nömrəli tam orta məktəbdə və Kürdəmir şəhər Atakişili kənd tam orta məktəbdə Şamaxı filialının tanıtım görüşləri keçirilmişdir. Görüşdə filial ilə bağlı geniş məlumat verilmiş, videoçarx nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
