Odlar Yurdu Universitetində “Çətir” proqramı çərçivəsində Şuşa ilinə həsr olunmuş “Xarı Bülbül” festivalı keçirildi. Filialımızın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II tədris ili tələbəsi və Tələbə Gənclər Təşkilatının sədr müavini Mirzəyeva Nuranə də müsabiqədə iştirakçılar arasında idi. O, sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyova məxsus olan “Çırpınırdı Qara Dəniz” mahnısını ifa edərək III yerə layiq görüldü.
Tələbəmizi qalibiyyət münasibətilə təbrik edir, ona uğurlarının davamlı olmasını arzu edirik !
Paylaşın: