ADPU-nun Şamaxı filialının tələbələri könüllülük fəaliyyətlərinə aktiv qoşulur.

ADPU-nun Şamaxı filialının tələbələri təhsil aldıqları müddətdə həm filialın, həm də regionun ictimai həyatında mühüm rol oynayır, həmçinin könüllüllük fəaliyyətlərinə qoşulur, bir çox layihələrin üzvü olurlar. Növbəti dəfə, mayın 16-da Regional İnkişaf İctimai Birliyinin (RİİB) “Könüllülük” proqramının “Sosial məsuliyyət” həftəsi çərçivəsində könüllü tələbələrimiz ətraf mühitin qorunması və abadlaşdırılmasına yönəlmiş bir sıra sosial aksiyaların fəal iştirakçısı olmuşlar.

Paylaşın: