Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Şamaxı filialının Pedaqoji fakültəsinin Elmi Şurasının may ayı üçün növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan fakültənin dekanı, baş müəllim Qahirə Şahbazova Fakültə Elmi Şura üzvlərini salamlayaraq Elmi Şuranın gündəliyi ilə iclas iştirakçılarını tanış edib.

İclasda yaz semestri imtahan sessiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi üçün tədbirlər,  buraxılış ili tələbələrinin tədris təcrübəsinin yekunu,  2024/2025-ci tədris ilinin ikinci yarısında bütün ixtisas və kurslar üzrə tədrisə ayrılmış dərs saatlarının icrası vəziyyətinə dair  hesabatlar və digər məsələlər  müzakirəyə çıxarılıb. Kafedra müdirləri müzakirələrə qoşularaq, tədris zamanı qarşıya çıxan problemlər, onların həll yolları barədə fikirlərini səsləndiriblər.

Sonra müvafiq struktur rəhbərlərinin hesabatları təqdim olunub.   Hesabatlar təklif və tövsiyələr nəzərə alınmaqla qənaətbəxş sayılıb, habelə  aidiyyəti kafedralara, şöbələrə uyğun tapşırıqlar verilib.

Sonda cari məsələlərə baxılıb. Carı məsələdə əsasən “Tələbələr arasında keçirilmiş tədrisin keyfiyyətinin qiymətləndirilməsiilə bağlı məmnunluq sorğusu”nun müzakirəsi aparılıb, bəzi məsələlərə aydınlıq gətirilib.

Müzakirə edilmiş məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Paylaşın: