ADPU-nun Şamaxı filialının kollektivi Azərbaycanın  Xalq rəssamı Arif Hüseynovun rəsm əsərlərindən ibarət sərgidə iştirak edib.
Şamaxı Yaradıcılıq Mərkəzində Azərbaycanın Xalq Rəssamı, professor, Azərbaycan Respublikasının  Prezidentinin Fərdi təqaüdçüsü Arif Hüseynovun anadan olmasının 80, yaradıcılıq fəaliyətinin 55 illiyinə həsr olunmuş sərgi keçirilib. Sərgidə Azərbaycanın klassik nağılları, klassik şairlərin əsərləri və Azərbaycanın aşıq yaradıcılığına həsr olunmuş rəsm əsirləri nümayiş olunub.
Mədəniyyət, təhsil və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova və filial əməkdaşları iştirak edirdilər. Onlar  Xalq rəssamı Arif Hüseynovu 80 illik yubileyi münasibətilə təbrik etdilər və yaradıcılıq uğurları arzuladılar.

Paylaşın: