ADPU-nun Şamaxı filialının tanıtımı və eyni zamanda tələbə kontingentinin keyfiyyət və kəmiyyət baxımından təkmilləşdirilməsi məqsədilə bölgələrdə orta məktəb şagirdləri ilə görüşlər təşkil edilir.
Belə görüşlərdən biri 16 may tarixində İsmayıllı və Qəbələ rayonlarında yerləşən orta məktəblərdə keçirildi. Görüşlərdə şagirdlərlə yanaşı məktəblərinin rəhbərliyi və müəllim heyəti də iştirak edirdilər. ADPU-nun Şamaxı filialının Pedaqoji fakültə dekanı Qahirə Şahbazova, İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdüri Mətanət Həkimi və Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşovun iştirakı ilə keçirilən tanıtım görüşündə filialın zəngin maddi- texniki tədris bazası, yüksək tədris prosesi və elmi potensialından, o cümlədən, maraqlı tələbə həyatından bəhs olundu. Ardınca filialın fəaliyyətini əks etdirən videoçarx və təqdimatlar nümayiş olundu, həmçinin müəllimlər tərəfindən şagirdləri maraqlandıran məsələlər ətraflı şəkildə cavablandırıldı.