ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova təcrübəçi tələbələrlə bir araya gələrək onların təcrübə zamanı yaşadıqları çətinlikləri dinlədi. Görüşdə tələbələr, təhsil prosesində qarşılaşdıqları problemləri və təkmilləşdirilməsini istədikləri sahələri dilə gətirdilər. Tünzalə Yusifova, hər bir tələbənin fikirlərini diqqətlə dinləyərək onların təkliflərini dəyərləndirdi və gələcəkdə bu məsələlərin həlli istiqamətində atılacaq addımları qeyd etdi. O, tələbələrin inkişafına dəstək olmağın və təhsil mühitini daha da yaxşılaşdırmağın önəmini vurğuladı. Görüşün sonunda direktor, tələbələrin qarşılaşdığı çətinliklərin aradan qaldırılması və onların təhsil prosesinə daha fəal cəlb olunması üçün müvafiq tədbirlərin görüləcəyini bildirdi.

Paylaşın: