ADPU-nun Şamaxı filialının əməkdaşları valideyn təlimlərində iştirak ediblər.
Martın 10-dan etibarən Azərbaycan Respublikası Təhsil İnstitutunun “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində müxtəlif bölgələrdə fəaliyyət göstərən icma qruplarının valideynləri üçün onlayn təlimlər keçirilir. Qeyd edək ki, ADPU-nun Şamaxı filialının əməkdaşları – Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Şəlalə Seyidova, Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Mətanət Rəhimova, Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimləri Səkinəxanım Xasiyeva və Sənubər Şükürova da valideyn təlimlərində fəal iştirak etdilər.
Aprelin 6-sında yekunlaşan və 700-ə yaxın valideynin qoşulduğu təlimlərin məqsədi valideynləri erkən uşaq inkişaf mövzusunda maarifləndirmək idi.
Təlimlər diskussiya formasında keçirildi və valideynlərin bu mövzuda sualları cavablandırıldı.