ADPU-nun Şamaxı filialının Karyera mərkəzinin təşkilatçılığı ilə “İxtisasına peşəkar yiyələnmək üçün nə etməli?” mövzusunda təlim keçirildi.
ADPU-nun Şamaxı filialında Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələrə zaman-zaman görüşlər təşkil olunur, təlimlər keçirilir.
Belə görüşlərdən biri də 13 mart tarixində filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının uğurlu məzunlarından olan təlimçi, “NV Academy”nin təsisçi və direktoru Natiq Vahidovun təqdimatında keçirildi.
Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova tədbir iştirakçılarını salamladı və təlimin məğzi və əhəmiyyətindən bəhs edərək uğurlar arzuladı..
Ardınca təlimçi Natiq Vahidov Miqdə uğur qazanmağın sirləri və “İxtisasına peşəkar yiyələnmək üçün nə etməli?” mövzusunda ətraflı çıxış etdi. Təlimçi əlavə olaraq tələbələrə öz uğur hekayəsindən bəhs edərək onlarla motivasiyaedici söhbətlər apardı. Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və xatirə şəkli çəkildi.