Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Riyaziyyat və kompüter elmləri kafedrasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Dünyanı dəyişdirən beyinlər: Fiziklərin hekayəsi”adlı tədbir keçirilmişdir.
Tədbirdə filialın rəhbərliyi, professor – müəllim heyəti və tələbələr iştirak etmişlər. Filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək tədbiri açıq elan etdi. Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, p.ü.f.d Firidə Mustafayeva tədbirin əhəmiyyətindən danışdı.
Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Kamal Balakişiyev – “Fiziklərin yaşam tərzi və dünyası”mövzusunda məruzə ilə çıxış etdi. O,fizikanın inkişafına tövhə verən alimlərin fəaliyyəti və onların kəşfləri haqqında söz açmışdır. O, həmçinin bu sahədəki mühüm kəşflər və elmi nailiyyətlər barədə məlumat verib.
Riyaziyyat və kompüter elməri kafedrasının müəllimi Dürdanə Heydərova -Müasir dünyada fizikanın rolu” haqqında çıxış edərək, müasir dünyada fizika elminin əhəmiyyətindən və onun tətbiq sahələri haqqında danışmışdır.
Daha sonra tələbələr arasında intelektual yarış keçirilmiş və aktiv iştirak edən tələbələr sertifikatla təltif olunmuşdur. Tələbələrin hazırladıqları “Elm üçün ölən qadın-Mariya Küri” aldlı səhnəcik canlandırılmışdır. Ən sonda isə tələbələrin hazırladıqları “Uzundərə” rəqsi ilə tədbir yekunlaşmışdır.