Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının səmərəli təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin eləcə də təhsil alan tələbələr üçün açıq olmasının təmin edilməsi məqsədilə bir neçə tələbə  imtahanların gedişinə mane olmadan nəzarət edib. Onlar imtahanlardan sonra vərəqlərin kodlaşdırılması və yoxlanması prosesi ilə də yaxından tanış olaraq prosesin şəffaflığını izlədilər.

Tələbələr yekunda imtahanlar haqqında təəssüratlarını, qiymətləndirmə prosesi və s. haqqında öz münasibətlərini, fikir və mülahizələrini filalın “Rəy və təkliflər” kitabına qeyd etdilər. Qeyd olundu ki, tələbələrin biliyinin qiymətləndirilməsi prosesində onların iştirakının təmin edilməsi filial rəhbərliyi tərəfindən onlara göstərilən etimadın nəticəsidir.

Tələbələrin “Rəy və təkliflər” kitabına qeyd etdiyi fikirləri:

Azərbaycan dili və ədəbiyyat  müəllimliyi ixtisasının III tədris ili tələbəsi Mirzəyeva Nuranə: Bugün təşkil olunmuş imtahanlarda rəhbərliyimiz tərəfindən təşkil olunmuş şəraitə uyğun olaraq tələbələrə heç bir mane olmadan prosesin şəffaflığını izlədik. Və bir tələbə olaraq bu prosesdə iştirak etmək mənim üçün qürurverici idi.

İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbəsi Məmmədova Aysu: Mən çox şanslıyam ki, bu gün imtahan prosesinə mane olmadan imtahanların yoxlanılmasına şahidlik etdim.

İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsi Həsənli Ramiz:  İlk tədris ili tələbəsi olaraq bu gün təşkil olunmuş imtahanda iştirak etmək mənim üçün çox xoş oldu.

İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsi Qafarova Aynur: Bu gün təşkil olunmuş imtahanlarda tələbələrə mane olmadan yoxlama prosesinin gedişatını izlədim və prosesin şəffaflığına şahid oldum.

 

 

 

 

 

Paylaşın: