Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında təhsilin keyfiyyəti ilbəil yüksələn xətlə  inkişaf edir. Filialda yüksək ixtisaslı kadr hazırlamaq üçün keyfiyyətli tədris prosesi qurulur. Tədris prosesinin günün tələblərinə uyğun qurulması və kadr hazırlığı sahəsində yüksək uğurların əldə edilməsi əsas məqsədlərdən biridir.Tədris yüksək potensiallı professor-müəllim heyəti tərəfindən aparılır. Kadr potensialı yerli kadrlar və digər nüfuzlu ali təhsil müəssisələrindən dəvət olunmuş elmi dərəcəli kadrlar hesabına zənginləşdirilir. 

Filialda müasir tələblərə cavab verən tədris prosesinin qurulması məqsədilə standartlara cavab verən maddi – texniki baza mövcuddur. Belə ki, filialda mövcud tədris auditoriyaları müasir standartlara cavab verən texniki avadanlıqlarla təchiz olunmuşdur. İKT-nin multimedia və internet imkanlarının zənginləşdirilməsi və onlardan səmərəli istifadənin təşkili, elektorn dəsrlik, dərs vəsaitlərinin hazırlanması həyata keçirilir. Təcrübə mübadiləsinin və qabaqcıl təcrübənin yayılması məqsədilə kafedralar tərəfindən açıq dərslər və onların müzakirəsi təşkil edilir, filialı əməkdaşlarının yeni pedaqoji texnologiyaların və İKT-nin tədrisə tətbiqi ilə bağlı müxtəlif təlim və kurslarda iştirakı təmin olunur. Tədrisin keyfiyyətini daha da artırmaq məqsədilə ixtisaslara uyğun fiberoptik internetlə təchiz olunmuş fənn kabinetlərindən istifadə olunur.

 Filialın cəmiyyətdə müsbət imic qazanmasının nəticəsidir hər il qəbul planı yüksək səviyyədə yerinə yetirilir, filiala yüksək balla qəbul olunan tələbələrin sayı artır.
Paylaşın: