ADPU-nun Şamaxı filialında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə “Təbiətin insan taleyindəki rolu bədii ədəbiyyatda” mövzusunda elmi seminar keçirildi. Elmi seminarı giriş sözü ilə filialın direktoru dos.T.Yusifova açdı və kafedra müdiri f.ü.f.d. Eyvaz Eminalıyev çıxış etdi. Kafedranın müəllimi Türkan Hüseynova “Təbiətin insan taleyindəki rolu bədii ədəbiyyatda” mövzusunda geniş məruzə etdi. Elmi seminar diskussiya ilə davam etdi.

Paylaşın: