19 may  tarixində Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində “Səssiz coğrafiya. Təbiət hadisələrinin gözlə görünməyən təhlükələri” adlı tədbir keçirildi. Seminarda  filialın rəhbərliyi, professor – müəllim heyəti və tələbələr iştirak etdilər. Filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək tədbiri açıq elan etdi.  Tədbirdə kafedranın baş müəllimi Yaqut Qasımova “Təbii fəlakətlər. Keçmişin dərsləri, gələcəyin çağırışları” mövzusunda, kafedranın müəllimləri Həmidova Zərifə “Şamaxı zəlzələri”, Hüseynov Şahin  “Fəlakət anında doğru davranış: həyat qurtaran qaydalar” mövzularında çıxış etdilər. Tədbir tələbələrin təbii fəlakətlərə həsr olunmuş təqdimat və çıxışları,  mövzu ətrafında elmi müzakirələr ilə davam etdi. Tədbirin sonunda tələbələr arasında intellektual yarış keçirildi. Tarix və coğrafiya müəllimiyi və Tarix müəllimliyi ixtisasının tələbələri seminarda fəal iştirak etdilər. Tədbirdə fəal iştirak edənlər sertifikatla təltif olundular.

Paylaşın: