ADPU-nun Şamaxı filialında “Rəqəmsal bacarıqlar” mövzusunda təlim keçirilib.
ADPU-nun Şamaxı filialında tələbələrə “Rəqəmsal bacarıqlar” mövzusunda təlim keçirilib. Təlimi filialın riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Gülanə Məhərrəmova təşkil etmişdi. Təlimin əsas məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. Təlim zamanı tələbələrə “Scratch”, “Sprayt” proqramları və onlardan istifadə qaydaları haqqında məlumat verildi. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.