Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya günü” keçirilib. Görüşdə filialın sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova və pedaqoji fakültənin dekanı Qahirə Şahbazovanın təqdimatında filialın tarixi, tədris prosesi, tələbə təşkilatları və digər mövzular barədə məlumatlar çatdırılıb.
Həmçinin Tələbə Gənclər Təşkilatının (TGT) nümayəndələrindən ibarət bir qrup könüllü yeni tələbələrə filial haqqında ətraflı məlumat verib və onları maraqlandıran suallar cavablandırılıb.