ADPU-nun Şamaxı filialında  Novruz bayramı şənliyi keçirilib.

Martın 18-ində ADPU-nun Şamaxı filialında  Novruz bayramı şənliyi keçirilib. Tədbirdə universitetin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edirdi.

Şənlikdə tələbələrin hazırladığı bayram xonçaları, müxtəliv növ şirniyyatlar və Novruz bayramı ilə bağlı maraqlı əl işləri sərgilənib.

Milli geyimdə olan tələbələrin  musiqi sədaları altında ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda Novruz personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Bayram şənliyində tələbələrin iştirakı ilə kiçik səhnəciklər təqdim edilib, tələbələr arasında maraqlı oyunlar, yumurta döyüşü, şəkərbura bəzənməsi kimi yarışlar keçirilib. Yarışlarda qalib olan tələbələrə sertifikatlar təqdim olunub.

Bahar şənliyi bütün iştirakçılarda xoş əhval-ruhiyyə və bayram sevinci yaradıb.

Paylaşın: