ADPU-nun Şamaxı filialında “Dil-ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Hüseynova Türkan Fazil qızının təqdimatında Heydər Əliyev ili çərçivəsində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli kimliyə qayıdış və dəyərlərin yenidən işlənilməsi” mövzusunda elmi-praktik seminar keçirilmişdir.

Tədris və elmi işlər üzrə direktor müavini f.ü.f.d  Şasəddin Mikayılov tədbir iştirakçılarını salamladı və elmi seminarın işinə uğurlar arzuladı. O, Ulu öndər Heydər Əliyevin ədəbiyyatın inkişafında rolundan söz açdı. Onun ədəbiyyatı dövlət siyasətinin üzvi tərkib hissəsi səviyyəsində qəbul etməsindən və bu tükənməz xəzinədən milli siyasətin həyata keçirilməsində bacarıqla və yaradıcı şəkildə faydalanan dövlət xadimi olmasından bəhs edib.

Seminarda Azərbaycan ədəbiyyatının ən aktual problemlərindən olan milli kimlik və müasir dünyada bu məsələnin bədii ədəbiyyatda əksi  haqqında danışıldı. Sosial və xüsusi fənlər kafedrasının müdiri dosent Mayıl Alıcanov və Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri f.ü.f.d Eyvaz Eminalıyev mövzunun aktuallığından bəhs etdi. Sonda seminar diskussiya formasında davam etdi.

Paylaşın: