ADPU-nun Şamaxı filialında Şamaxı ASAN Xidmət Mərkəzinin əməkdaşları tərəfindən “Könüllülük nədir?” mövzusunda təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan filialın Sosial və Humanitar məsələlər üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova könüllülüyün tələbələrin şəxsi inkişafında, həmçinin gələcək fəaliyyətlərində oynadığı roldan danışdı. “Könüllülük nədir?” adlı təlim keçirildi.

Ardınca könüllülük proqramı haqqında məlumat verildi.  Ölkəmizdə yerli və beynəlxalq tədbirlərdə gənclərin iştirakı və fəaliyyətindən bəhs edilib, tələbələrin ünsiyyət və natiqlik bacarıqlarına yiyələnmələrinin vacibliyi vurğulanıb. Sonda Tələbələri maraqlandıran suallar cavablandırılıb.

Paylaşın: