ADPU-nun Şamaxı filialında İnsan alveri və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici görüş keçirildi. Filialın diirektoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr iştirak edirdi.

Tədbiri giriş sözü ilə  Tünzalə Yusifova açaraq qeyd etdi ki, bu gün bütün dünyada narkomaniyaya və insan alverinə qarşı mübarizə ən vacib, aktual məsələlərdən biridir.  Bu prosesdə aidiyyati dövlət strukturlarının, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərlə yanaşı, maarifləndirmə işlərinin də aparılması olduqca mühüm əhəmiyyətə malikdir.  Bu baxımdan ali təhsil müəssisəsi kimi filialda da bu cür maarifləndirici görüşlərin zaman-zaman keçirilməsi olduqca vacib məsələdir. Ardınca mövzu ilə bağlı tələbələrlə maarifləndirici söhbətlər aparıldı.

Paylaşın: