▪️ADPU-nun Şamaxı filialında imtahan sessiyasının səmərəli təşkili məqsədilə tələbələrin biliyinin qiymətləndirilməsi prosesi son dərəcə şəffaf və obyektiv aparılır.
▪️İmtahanlardan sonra imtahan vərəqlərin kodlaşdırılması və yoxlanılması müvafiq qaydalara uyğun olaraq yerinə yetirilir.
▪️Həmçinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsindəki obyektivliyi və düzgünlüyü təmin etmək məqsədilə Apellyasiya Komissiyası yaradılıb. Tələbələr imtahanın nəticəsindən narazı qaldıqları halda Apellyasiya Komissiyasına ərizə ilə müraciət edir və komissiya tələbənin imtahan cavablarına yenidən baxaraq obyektiv qərar çıxarılmasını təmin edir.