Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində filialda vətəndaş cəmiyyəti platformasının resurslarından geniş istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə İctimai Şura yaradılıb. Yanvarın 24-də filialda İctimai şuranın üzvləri imtahanlarda iştirak ediblər. Onlar imtahanların keçirilməsi qaydaları və tələbələrin imtahanda iştirakı və hazırlıq səviyyələri ilə yaxından tanış olublar.

Filialda yaradılan İctimai Şuranın üzvlərindən Şamaxı Regional Kollecinin direktoru İlham Vəliyev, filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri, Şamaxı Rayon Ağsaqqallar şurasının sədri, dosent Alıcanov Mayıl, filialın Həmkarlar İttifaqı Komitəsinin sədri Çingiz Dadaşov, həmçinin Dağlıq Şirvan Regional Təhsil idarəsinin əməkdaşı Anar Osmanov və valideynlər tələbələrin imtahan prosesini izləyib, filialda yaradılan obyektiv imtahan şəraiti ilə tanış olublar.

İctimai şura üzvləri və valideynlər həmçinin  filialın tədris binasında son dövrlər aparılan yeniliklərlə- filialın İnklüziv təhsil mərkəzi, yeni hazırlanmış Vebinar otağ, Steam otağı  və s. ilə tanış oldular.

Yekun olaraq şura üzvləri hər biri imtahanların keçirilmə prosesinin obyektivliyi və şəffaflığından son dərəcə razı qaldıqlarını  bildirdilər.

İctimai şuranın üzvlərinin imtahan prosesi ilə bağlı fikirləri:

Şamaxı Regional Kollecinin direktoru İlham Vəliyev: ADPU-nun Şamaxı filialında  tələbələrin həm tədrisi, həm də obyektiv qiymətləndirilməsi üçün rəhbərlik tərəfindən hər cür şərait yaradılmışdır. Belə bir mühitdə tədris almaq gələcək müəllim kadrlarının stimullaşdırılmasına mühim töhvədir.

Dağlıq Şirvan Regional Təhsil idarəsinin əməkdaş Anar Osmanov: Filialda imtahanların keçirilmə qaydası olduqca obyektiv və şəffaf aparılır. Burada tələbələr üçün yaradılmış şəraitdən son dərəcə razı qaldım.

 

Paylaşın: