ADPU-nun Şamaxı filialında “Erkən nikah və məişət zorakılığına son” adlı tədbir keçirildi.
Tədbirdə çıxış edənlər erkən nikah və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları barədə tələbələri məlumatlandırıb.
Tədbirdə erkən nikahlara həsr olunmuş video-çarx nümayiş etdirilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb.