ADPU-nun Şamaxı filialında sonuncu tədris ili tələbələrinə “CV hazırlanması” təlimi keçirilmişdir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təlimçisi Teymur Alışanov tərəfindən keçirilən təlim zamanı iştiarakçılara effektiv CV hazırlama texnikaları, vakansiyaya uyğun CV hazırlanması, qrup işi və CV hazırlamaq üçün istifadə olunan saytlar haqqında ətraflı məlumat verildi.